AZ

ABŞ senatoru: Müharibəni Rusiyanı mükafatlandıracaq şəkildə bitirmək istəmirik

BAKI, 16 yanvar. TELEQRAF

“ABŞ Ukraynadakı müharibəni təcavüzkarı (Rusiyanı) mükafatlandıracaq şəkildə bitirmək istəmir”.

Teleqraf xəbər verir ki, bunu amerikalı respublikaçı senator Lindsi Qrem deyib.

Senatorun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı qanlı qırğını keçmiş prezidentlər Barak Obama və Co Baydenin bacarmadığı kimi, ləyaqətli və ədalətli şəkildə dayandırmaq istəyir.

“Ukraynada qan tökülməsinin dayandırılması çərçivəsində istənilən təhlükəsizlik razılaşması ABŞ Konqresi tərəfindən nəzərdən keçirilməlidir. Detalları diqqətlə izləyirəm. Məqsəd ondan ibarətdir ki, bu dəfə gələcək işğalların qarşısını alacaq razılaşma əldə edək, Obama və Baydenin bacarmadığı məhz bu idi”, - Qrem vurğulayıb.

Senatorun fikrincə, yaxın vaxtlarda Rusiya ordusunu Ukraynadan çıxarmaq mümkün olmayacaq:

“Mümkün ərazi güzəştinə gəlincə, mən realistəm: yaxın zamanda Rusiya əsgərlərini Ukraynadan qovmaq mümkün olmayacaq. Bununla belə, bu müharibəni təcavüzkarı mükafatlandıracaq şəkildə bitirməməliyik”.

Seçilən
30
teleqraf.com

1Mənbələr