AZ

DÇ 2026: 500 milyondan çox azarkeş bilet istəyir Ən baha bilet 8800 dolları ötür

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

FIFA bu ilki Dünya Kuboku üçün 500 milyondan çox azarkeşin biletə müraciət etdiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, FIFA bunun dünya idman tarixində yeni bir rekord olduğunu bildirib.

Məlumatda deyilir ki, 48 ölkənin yığmalarının yarışacağı turnirdə ən çox bilet tələbi Almaniya, İngiltərə, Braziliya, İspaniya, Portuqaliya, Argentina və Kolumbiyanın oyunlarınadır

Xəbərə görə, hətta bəzi oyunlara bilet tələbi o qədər çox olub ki, qiymət 8680 dollara qədər yüksəlib.

FİFA isə bilet alverinin qarşısını alnamaq üçün hər ölkə üzrə bəlli kvota ayrıldığını və biletlərin həmin ölkələrin fanklublarına 60 dollardan başlayan satılacağını təkrarlayıb. 

Digər kateqoriyalı azarkeşlər üçünsə standart bilet qiymətləri aşağıdakı kimidir:

Qrup oyunları: 60 dollar – 2735 dollar

Pley-off raundları: 105 dollar – 1775 dollar

Yarımfinallar: 420 dollar – 3295 dollar

Final oyunu: 2030 dollar – 8860 dollar

Zülfiyyə

Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
mia.az

1Mənbələr