Bakı. Trend:
Yanvarın 16-da Hərbi Memorial Məzarlıqda Azərbaycanın MilliQəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir.
Trend xəbər verir ki,mərasimdə dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildəEnergetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurtvilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycandaenergetika, ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1991-ci ildə könüllüolaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsindəbölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həminbölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyinedilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcədə Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılandöyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Dekabrın 29-da İsveçKrallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfatedib.
Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın15-də gecə saatlarında Vətənə gətirilib.
Xəbər yenilənəcək