AZ

Klubların 2026-cı il üçün ilk dünya reytinqi açıqlandı: "Qarabağ" neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların 2026-cı il üçün ilk reytinqini açıqlayıb.

Publika.az xəbər verir ki, "Qarabağ" klubu siyahıda bir pillə geriləyib. 182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya enib.

Sıralamada daha 5 təmsilçimiz yer alıb.

93,5 xallı "Sabah" 28 pilləlik (252-ci mövqedən 224-ə) irəliləyişə nail olub. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib.

"Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-ə yüksəlib. 45 xalı olan "Turan Tovuz" 19 addım geriləyərək 627-si sıraya düşüb.

Seçilən
33
publika.az

1Mənbələr