AZ

“Qarabağ”ın və millimizin sabiq futbolçuları II Liqa klubunda

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

İkinci Liqada çıxış edən "Qaradağ Lökbatan" transfer çalışmalarını davam etdirir. Bu barədə Sport24.az-a açıqlamasında komandanın baş məşqçisi Qəzənfər Abbasov məlumat verib. Çempionatın lideri daha əvvəl "Qarabağ-2"də çıxış etmiş Ayaz Mikayılov və İbrahim Ağayarovla anlaşıb. Ağayarov son olaraq "Quba"nın formasını geyinib.Bundan əlavə, "Qaradağ Lökbatan" MOİK-dən Tural Haqverdiyev, "Şəmkir"dən İlkin Əliyev, "Cəbrayıl"dan Fərman Bayramovu da heyətinə qatıb.Qəzənfər Abbasov daha bir transferin rellaşma ehtimalı olduğunu və danışıqların davam etdiyini söyləyib.Qeyd edək ki, Ayaz Mikayılov Azərbaycanın U-20, İbrahim Ağayarov isə U-18 və U-17 millilərində çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
sport24.az

1Mənbələr