AZ

Koxalskidən yekun qərar – Çempionlar Liqasını seçdi

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, polşalı qolkiper ölkəsinə qayıtmayacaq. O, Çempionlar Liqasında oynamağı üstün tutub. 

Daha öncə Polşa mətbuatında “Vitzev” klubunun oyunçu ilə maraqlandığı iddia edilmişdi. Ancaq təcrübəli futbolçu bu təkliflərə məhəl qoymayıb.

O, Ağdam təmsilçisinin ÇL-də çıxış etdiyi üçün komandada qalmaq və özünü daha yaxşı tərəfdən göstərmək niyyətindədir.

Koxalskinin yayda Avropanın aparıcı klublarında çıxış etmək hədəfinin olduğu da bildirilir.

Seçilən
27
1
idmanxeber.az

2Mənbələr