AZ

Pəncabın naziri: "Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib"

Bu sözləri Pəncab Əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, Delhidə çox sayda zikh ailəsi qətlə yetirilib, sui-qəsdlər həyata keçirilib, evlər əvvəlcədən müəyyənləşdirilib və polis əməkdaşları onları zorakılıqdan qorumaq əvəzinə vəhşilikləri izləyib:

"Bu gün ayrı-seçkilik müxtəlif formalarda davam edir. Bu gün bəzi yazılarda açıq şəkildə zihizmin hinduizmin bir hissəsi olduğu iddia edilir və bu da tamamilə ədalətsizdir. Zikhizmin özünəməxsus kimliyi var və tamamilə müstəqil, azad irqli bir dindir".

Nazir həmçinin vurğulayıb ki, Pakistanda zikhlərə yanaşma tamamilə fərqli və müsbətdir:

"Rəsmi İslamabad ədalətə, azadlığa, insan ləyaqətinə və sosial ədalətə qəti şəkildə inanır. Pakistanın bizimlə bağlı nikah aktı var, ancaq Hindistanda yaşayan zikh ailələrinin özlərinə məxsus nikah aktı yoxdur. Onlar hər dəfə hindu nikah aktı üzrə qeydiyyatdan keçməyə məcbur qalırlar. Dünyada zikh nikah aktının tətbiqinə icazə verən yeganə ölkə Pakistandır. Hər il Hindistandan və qlobal diaspordan minlərlə zikh zəvvar Pakistana gələrək yoxsullara yardım edir və xeyriyyəçiliklə məşğul olurlar".
Seçilən
44
1
azvision.az

2Mənbələr