
“ABŞ Ukraynadakı müharibəni təcavüzü mükafatlandıracaq şəkildə bitirmək istəmir”.
Missiya.Az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem özünün “X” sosial media hesabında yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı qanlı qırğını ləyaqətlə və ədalətlə bitirmək istəyir ki, bu da ABŞ-nin əvvəlki Prezidentləri Barak Obama və Co Baydenin nail ola bilmədiyi bir şeydir.
"Sadəcə xatırlatmaq istəyirəm ki, Ukraynadakı qan tökülməsinə son qoymaq üçün istənilən təhlükəsizlik razılaşması Konqres tərəfindən nəzərdən keçirilməlidir. Mən detalları diqqətlə izləyirəm. Məqsəd bu dəfə gələcək işğalları dayandıracaq bir razılaşmaya çatmaqdır ki, Obama və Bayden bunu edə bilmədilər", - deyə siyasətçi vurğulayıb.
Qrem qeyd edib ki, rus əsgərləri yaxın gələcəkdə Ukraynadan qovulmayacaq.
“Mən realistəm və başa düşürəm ki, rus əsgərləri yaxın zamanda Ukraynadan çıxarılmayacaq”, - deyə senator əlavə edib.
Daşqın HəsənovMissiya.Az