Hərbi çağırışla bağlı islahatlar edilən qanunun qüvvəyə minməsindən sonra Almaniya Silahlı Qüvvələri potensial əsgərlərə tibbi müayinə üçün anketlər olan ilk məktublar göndərib.
Herbiand.az bildirir ki, bu barədə Zeit qəzeti məlumat verib.
Bu məlumatlara əlavə olaraq, məktublarda QR kodları da var. Kodlar 2026-cı ildə yetkinlik yaşına çatacaq təxminən 700.000 qadın və kişiyə ünvanlanan onlayn anket səhifəsinə aparır.
İlin əvvəlinə qədər artıq 18 yaşı tamam olanlar məktubları daha sonra alacaqlar. İlk könüllülərin yaxın aylarda xidmətə başlaması gözlənilir.
Bəxtiyar CƏFƏRLİ