AZ

Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi

BAKI, 16 yanvar. TELEQRAF

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev haqqında mediada yanlış məlumatlar yayılır. Onun İsveçdə qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Teleqraf xəbər verir ki, bunu Milli Qəhrəmanın dostu Ələsgər Rüstəmov vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"O, Stokholmda reabilitasiya mərkəzində müalicə alırdı. Qocalar evində olmayıb. Həmin reabilitasiya mərkəzi isə ödənişli idi, oraya pul ödənilməsə onu 1 gün belə saxalamazdılar. Amma övladları ödəniş edib onun orada müalicə almasını təmin edirdilər. Şahin Tağıyev uzun müddət insultdan əziyyət çəkib", - o əlavə edib.

Seçilən
32
teleqraf.com

1Mənbələr