AZ

Rusiya ordusunun kütləvi zərbələri Ukraynanın raket tutmaq imkanlarını zəiflədib - Interia

Rusiya Silahlı Qüvvələrinin zərbələri Ukraynanın raket tutmaq effektivliyini əhəmiyyətli dərəcədə azaldıb.

Herbiand.az bildirir ki, bu barədə Polşanın Interia nəşri yazıb.

“Rusiya ordusunun kütləvi hücumları Ukrayna Silahlı Qüvvələrində ballistik raketlərin tutulması effektivliyini itirməsinə səbəb olur”, - nəşr vurğulayıb.

Nəşr Ukrayna məlumatlarına istinadən qeyd edir ki, hazırkı raket tutma nisbəti təxminən 36% olaraq qiymətləndirilir, əvvəllər isə bu rəqəm 60%-ə çatırdı. Bu azalma təkcə zərbələrin intensivliyi ilə deyil, həm də Ukrayna hava hücumundan müdafiə qüvvələrinin üzləşdiyi sursat çatışmazlığı ilə əlaqələndirilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
herbiand.az

1Mənbələr