Perspektivli M1E3 "Abrams" tankının hibrid güc aqreqatı daha az istilik yaradacaq və bu da nəqliyyat vasitəsinə daha az görünməni təmin edəcək.
Herbiand.az bildirir ki, bu barədə 19FortyFive nəşrində qeyd olunub.
Qaz turbinli mühərriklər "Abrams" tanklarında əhəmiyyətli dərəcədə istilik yaradır və nisbətən yüksək səs çıxarır. Məqalə müəllifinin sözlərinə görə, M1E3-ün dizel-elektrik güc aqreqatı istiliyin daha az, səs-küyün səviyyəsinin də aşağı olmasını təmin edəcək.
“Bu, döyüş zamanı onun izlənməsini çətinləşdirəcək”, - yazıda qeyd edilib.
Bəxtiyar CƏFƏRLİ