“Şahinin qocalar evində ölməsi barədə deyilənlər doğru deyil. Allahsız danışmaq olmaz! Övladları Nigar və Rövşən ona baxıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Qəhrəman Şahin Tağıyevin döyüş yoldaşı Ələsgər Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti də Ş.Tağıyevə hər zaman dəstək olub:
“Əgər bir insan bir özəl xəstəxanaya pul ödəməsə, onu orada saxlamazlar. Şahinin övladları bütün xərcləri ödəyiblər. Daha sonra dövlət xəbər tutandan sonra bütün xərcləri öz üzərinə götürüb, onu bura gətirib və burada dəfn ediblər.
Yalan məlumatlar yazmaq olmaz! Onun bütün xərclərini Azərbaycan dövləti ödəyib. Kimsə deyə bilməz ki, onu qocalar evinə apardılar. Bu, böyük bir haqsızlıqdır. Qocalar evində ölməsi barədə yazmaq ayıbdır. Dövlətin verdiyi adı alçaltmaq olmaz, bu hamımıza təhqirdir, Azərbaycanın Milli Qəhrəmanı qocalar evində qala bilməz.
O, reabilitasiya mərkəzində olub. Şahin bir neçə ay orada müalicə olunub”.
Nazim Hacıyev
Telegram kanalımız