AZ

Milli Qəhrəmanın qızı: "Azərbaycan yeməklərini mənə atam öyrədib"

BAKI, 16 yanvar. TELEQRAF

"Atamın vəziyyəti əvvəllər yaxşı idi. Amma son iki ildə o həm insult, həm də infarkt keçirdi".

Teleqraf xəbər verir ki, bu sözləri İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin qızı Nigar Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, atası bu səbəbdən Stokholmda reabilitasiya mərkəzində müalicə alıb.

"Atam bizimlə Azərbaycan dilində danışırdı. Azərbaycanı çox sevirdi. Mənə Azərbaycan yeməklərini də o öyrədib", - Nigar Tağıyevə qeyd edib.

Seçilən
56
teleqraf.com

1Mənbələr