AZ

Milli Qəhrəman Şahin Tağıyev harada vəfat edib? - ÖVLADLARI DANIŞDI

Milli Qəhrəman Şahin Tağıyevin övladları atalarının son günləri barədə danışıblar.

Oğlu Rövşən Tağıyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, atası daim övladlarına dəstək olub:

“Atamın döyüş yolundan çox danışmaq olar. Döyüş yoldaşları dəfn mərasimində iştirak edirlər, bu haqda daha çox bilirlər. Valideyn kimi həmişə yanımızda olub, hər zaman bizə dəstək verib”

Qızı Nigar Tağıyeva atasının qocalar evində yaşaması və orada dünyasını dəyişməsi barədə xəbərləri təkzib edib:

“Yaxşı atamız olub, gözəl insan olub. Vətən uğrunda çalışıb, bizi də unutmayıb. Hər zaman yanımızda olub və bizə yardım edib. O bizə daim Azərbaycandan danışıb, bizə Azərbaycanı sevdirib. 2002-ci ildə İsveçrəyə köçüb, o vaxtdan orada yaşayırdıq. Mənə Azərbaycan himnini atam öyrədib. Həmişə Azərbaycandan danışırdı, 5 nəvəsinə də Azərbaycanı sevdirirdi, onlara Azərbaycan dilini öyrətmişdi. Həmişə deyirdi ki, heç vaxt vətəni unutmayın, vətənimizi sevin. Təxminən, bir il yarım, iki ilə yaxın idi ki, xəstə idi. İnsult keçirmişdi və müalicələr alırdı. Evdə qalmağı mümkün deyildi, çünki evdə lazımi şərait yox idi, ona görə reabilitasiya mərkəzində idi. Həkimlər və tibb bacıları dərman və insulini vaxtında verməli idilər. Xəstəliyinə görə evdə qalmağı mümkün deyildi”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
115
yenisabah.az

1Mənbələr