AZ

Türkiyəli alim: Azərbaycan ərazisində aşkarlanan abidələr dünya əhəmiyyətli nadir incilərdəndir

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan ərazisində aşkar edilən abidələr və maddi mədəniyyət nümunələri bəşəriyyətin tarixini əks etdirən dünya əhəmiyyətli nadir incilərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıya səfəri çərçivəsində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun rəhbəri professor Şaban Doğan Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarəti zamanı deyib.

Türkiyəli alim Qobustan Milli Tarix-Bədii Qoruğunun tarixi barədə məlumtlandırıb, qoruq ərazisində mühafizə olunan abidələrlə tanış olub.

Seçilən
115
3
azertag.az

4Mənbələr