AZ

Sunqurdan olan bir ailənin üç üzvü Kərəc şəhərində rejim qüvvələrinin açdığı atəş nəticəsində həlak olub

Sunqurdan

Bijən Mustəfəvi, həyat yoldaşı Zəhra Bəni Amerian və oğlu Daniyal Mustəfəvi də daxil olmaqla, dörd nəfərlik bir ailənin üç üzvü 9 yanvarda Kərəc şəhərində hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Gunaz.tv

Hadisə zamanı bu ailənin üzvləri şəxsi avtomobillərində olublar və etirazlar zamanı onların avtomobili hökumət qüvvələri tərəfindən atəşə tutulub.

Atışma nəticəsində avtomobildəki üç nəfər həlak olub.

Əldə edilən məlumatlar göstərir ki, ailənin böyük oğlu Davud Mustəfəvi də atışma zamanı avtomobildə olub və vurulmasına baxmayaraq sağ qalıb. Lakin onun sağlamlığı barədə təfərrüatlar açıqlanmayıb.

Kərəcdə güllələnən Mustəfəvi ailəsinin bütün üzvləri Kirmanşah əyalətinin türklərin yaşadığı Sunqur şəhərində anadan olublar və bu ailənin mərhum üç üzvünün cəsədləri sərt təhlükəsizlik tədbirləri altında Sunqur şəhərinə aparılaraq səhər saat 6-dan əvvəl dəfn edilib.

Seçilən
128
xalqcebhesi.az

1Mənbələr