AZ

Alidə Mustafayeva: Ağdam və Kəlbəcərdə 1 000 dən çox ev təsərrüfatı internetə çıxış əldə edib

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdamda 974, Kəlbəcərdə isə 121 ev təsərrüfatı telekommunikasiya xidmətləri ilə təmin edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin Mətbuat xidmətinin rəhbəri Alidə Mustafayeva jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, "Aztelekom" MMC tərəfindən telekommunikasiya sahəsində işlər mərhələli və ardıcıl şəkildə həyata keçirilir.

"Bu çərçivədə Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri, həmçinin Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib, ərazilərdə müasir avadanlıqlar quraşdırılıb", - A.Mustafayeva bildirib.

Nəticədə, onun sözlərinə görə, Ağdam rayonu üzrə internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumilikdə 974 ev təsərrüfatını və 23 biznes subyektini, Kəlbəcər rayonu üzrə isə 121 ev təsərrüfatını və 22 biznes subyektini əhatə edib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
baku.ws

1Mənbələr