Son 2,5 aydı, ''Beşiktaş''da heç bir rəsmi oyuna çıxmayan və Türkiyədən ayrılmaq arzusunda olan Rafa Silva ilə bağlı yeni xəbər var. Ona Səudiyyə Ərəbistanından sürpriz təklif gəlib.
''Fanatik'' nəşrinin yaydığı məlumata görə ''Əl-Əhli'' İstanbul nəhənginə rəsmi təklif irəli sürüb. Qarşı tərəfin hansı məbləği təklif etdiyi bilinməsə də, ''qartal'' 13 milyon avro tələb edir. Rəhbərlik daha öncə 15 milyon avrodan aşağı enməyəcəyini açıqlasa da, ərəblərdən məhz 13 milyon avro tələb olunub.
Türkiyə yığmasının üzvü Merih Dəmiralın şərəfini qoruduğu ''Əl-Əhli'' Asiya Çempionlar Liqasının son qalibidi. Ancaq məsələni qəlizləşdirən məqam odu ki, Rafa Silva sabiq klubu ''Benfika''ya can atır. ''Benfika'' isə 2024-də pulsuz buraxdığı futbolçuya görə indi ''əlini cibinə salmaq'' istəmir.
Digər tərəfdən ''Beşiktaş''ın da öz ulduzuna görə pul tələb etməyə haqqı çatır. Çünki 32 yaşlı futbolçunun ''ağ-qaralar''la 2027-nin yayına qədər müqaviləsi var.
Uzun müddətdi həllini tapmayan və günü gündən yoxuşa yuvarlanan bu məsələnin necə yoluna qoyulacağı maraq doğurur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta