Maraqlıdı, paytaxt təmsilçisinin futbolçularla vidalaşmasının xüsusi səbəbi varmı?
“Football-plus.az”ın sualını bakılıların baş məşqçisi Elgiz Kərəmli cavabladı:
“Həmin oyunçular komandanın aparıcı üzvü deyildi. Az şans verdiyimiz futbolçular idi. Başqa sözlə, bizi qane etmədilər. Bu səbəbdən yolları ayırdıq. Hələ müqavilə ilə bizə məxsusdular. Kompensasiyaların ödənilməsi yönündə danışıqlar gedir. Yəqin ki, 3-4 gün ərzində bu proses yekunlaşacaq. Əvəzində bir-iki yerli, premyer-liqa təcrübəsi olan futbolçular transfer etmək istəyirik. Axtarışlar hücum xətti üçündü”.
Xatırladaq ki, “Şəfa” qış fasiləsinə 30 xalla lider yollanıb. Paytaxt klubu ən yaxın izləyicisi “Baku Sportinq”dən 5 xal öndədi.KƏNAN BAHADIR