AZ

Haqqında ölüm cəzası tələb olunan sabiq prezident 5 il azadlıqdan məhrum edildi

Bakı. Trend:

Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın sabiq prezidentiYun Sok Yolu beş il müddətinə azadlıqdan məhrum edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sabiq prezident ötən il həbsinə mane olmaqcəhdləri daxil olmaqla bir sıra ittihamlar üzrə, o cümlədən rəsmisənədlərin saxtalaşdırılmasında təqsirli bilinib.

Yerli prokurorluq müttəhimə 10 il azadlıqdan məhrum etmə cəzasıistəmişdi. Cənubi Koreyanın sabiq liderinin bu qərardan apelyasiyaşikayəti verəcəyi gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbivəziyyət elan etmişdi. Bu qərar ölkə sakinlərinin narazılığınasəbəb olmuş, parlament isə tez bir zamanda onun ləğvini səsverməilə təsdiqləmişdi. Nəticədə Yun Sok Yol sərəncamı ləğv etməyərazılıq vermişdi. Bundan sonra Cənubi Koreya parlamenti Yun SokYolun impiçmentini təsdiqləyib və o həbs olunub.

Məqalədə:
Seçilən
116
az.trend.az

1Mənbələr