AZ

Möhsün Rezai: Səngərlərdəyik, Trampın zərbəsinə hazırıq – VİDEO

İranın yüksək rütbəli rəsmisi Möhsün Rezai ölkəsinin müharibəyə tam hazır olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Möhsün Rezai ABŞ prezidenti Donald Trampın İrana zərbə endirmək ehtimalına qarşı xəbərdarlıq edib.

Rezai bildirib: “Biz müharibəyə hazır olmalıyıq, çünki Trampın zərbə endirmək ehtimalı var.

Hazırda həm İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), həm ordu komandanlığı, həm müdafiə naziri, həm hüquq-mühafizə orqanları, həm də ‘Bəsic’ qüvvələri tam hazır vəziyyətdədir. Onlar səngərlərdədir və atəş açmağa hazırdırlar”.

İran rəsmisi vurğulayıb ki, əgər qarşı tərəfdən bircə dəfə atəş açılarsa, bu dəfə veriləcək cavab son dərəcə sarsıdıcı olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
68
interpress.az

1Mənbələr