ain.az, Cebheinfo saytına istinadən bildirir.
Yanvarın 18-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində “Artsax Mədəniyyətinin Qorunması Mərkəzi” və “Munk” Texnoməktəbinin təşkilatçılığı ilə böyük mədəni tədbir keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” qəzeti bu barədə məlumat yayıb.
“Bu, Qarabağın demək olar ki, bütün mədəni qruplarını və çoxsaylı erməni ulduzlarını bir gündə bir səhnədə görmək üçün unikal bir fürsətdir. “İdman-Konsert Kompleksinin ərazisində Qarabağı təmsil edən sərgi də təşkil olunacaq.
Tədbirlərin şüarı “Biz mövcuduq”. “Bunun, şübhəsiz ki, mədəni bir hadisə olmasına baxmayaraq, əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti Qarabağla bağlı tədbirin təşkil olunduğunu eşidəndə yenidən çaşqın vəziyyətə düşüb”, - deyə adıçəkilən nəşr qeyd edir.
“Hraparak” həmçinin yazır ki, Ermənistan hakimiyyəti Milli Təhlükəsizlik Xidməti (MTX) vasitəsilə əvvəlcə təşkilatçılara “elçilər” göndərərək onları tədbiri keçirməkdən çəkindirməyə çalışıb.
Lakin təşkilatçılar bundan imtina etdikdə onlara tədbiri siyasi aksiyaya çevirməmək barədə xəbərdarlıq edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.