AZ

“PAŞA Holding”in yeni törəmə şirkəti – “PAŞA Maliyyə Holding” təsis edilib (FOTO)

Bakı. Trend:

30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yenitörəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.

“PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olanmaliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek,e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmişşəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”inbirbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”,“PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo vəPashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology”şirkətləri fəaliyyət göstərir.

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yenistrukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-inyaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik,fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasınaimkan verəcək. Bu addım Holdinqin strateji inkişaf mərhələsindəmühüm dönüş nöqtəsidir.”

Qeyd edək ki, “PAŞA Maliyyə Holding”in baş icraçı direktoruvəzifəsinə bundan əvvəl “PAŞA Holding”in baş icraçı direktorununmüavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyətgöstərmiş Fərid Məmmədov təyin edilib. “PAŞA Maliyyə Holding-inəsas prioriteti maliyyə və texnologiya yönümlü bizneslərinsinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəridəyərini və əməliyyat səmərəliliyini artırmaqdır.” - Fərid Məmmədovbildirib. Yeni vəzifəsi ilə yanaşı, cənab Məmmədov, eyni zamanda“Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətinidavam etdirəcək.

Onu da qeyd edək ki, yeni struktura əsasən “PAŞA Holding”inidarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyəsektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən“PAŞA Maliyyə Holding”i, daşınmaz əmlak, hotel biznesi, eləcə dəpərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatəedən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatəedən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndəxidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən“Ventures Qrup” daxildir.

Xatırladaq ki, “PAŞA Holding” ölkənin ən böyük özəlşirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holding maliyyə,daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarəolunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrindəfəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşlarınyaşayış standartlarının yüksəldilməsinə töhfə verməyihədəfləyir.

“PAŞA
Məqalədə:
Seçilən
144
6
az.trend.az

7Mənbələr