AZ

Hİndistana uçmalı olan təyyarə Bakıya dönüməliü oldu üüüüüüüüüüüüüüÜ:Üüüdü

İran hava məkanının bağlı olduğu müddətdə bir sıra reyslər ya geri dönməli, yad marşrutlarında dəyişiklik etməli olacaq.

Bu barədə təyyarədə sərnişin olan Elmin Sadıqov “Yeni Sabah”a danışıb.

O, Hindistanın “İndigo” aviaşirkəti ilə uçmalı olub:

“2 gün əvvəl biletimi şirkətin nümayəndəsi ləğv etdi və yenidən bilet aldım, dünən gedəcəkdim. Təyyarə saat 01:45-də havaya qalxdı, lakin 25 dəqiqə sonra yolumuzu dəyişərək Bakıya geri döndük. Bizi 40 dəqiqə gözlətdilər, yenidən havalanacağımızı dedilər, amma sonra bildirdilər ki, səfər sabah axşam baş tutacaq”.

Elmin Sadıqov iddia edir ki, “İndigo” şirkətinin Azərbaycandakı əməkdaşları məqsədli olaraq yerli sərnişinlərin biletlərini ləğv etməyə çalışırlar:

 “Mənim başıma da eyni hal gəldi. Yenidən bilet aldım, amma təyyarə yenidən geri qayıtdı”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
99
yenisabah.az

1Mənbələr