AZ

Kirayədən bezən kişi 100 dollara ruhi xəstəxana ALDI – Evə ÇEVİRDİ

Kirayə pulu verməmək üçün 100 dollara ruhi xəstəxana alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Belarusda bir vətəndaş qeyri-adi addımı ilə gündəmə gəlib. O, auksionda cəmi 100 dollara (təxminən 170 manat) keçmiş ruhi xəstəxana binasını satın alıb və oraya köçüb.

Məqsəd mənzil kirayəsinə pul xərcləməkdən qaçmaq olub.

Jodişki qəsəbəsində yerləşən bu köhnə tibb müəssisəsini alan kişi binanın bir hissəsini özü üçün yaşayış yeri kimi təmir edib.

O, nəhəng binanın digər hissəsini isə rəsm sərgisinə çevirərək sənət məkanına döndərib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
104
interpress.az

1Mənbələr