AZ

İsrail Qəzzada "Əl-Qüds Briqadaları" komandirini zərərsizləşdirdi

Bakı. Trend:

İsrail hava qüvvələrinin ötən gecə Qəzza bölgəsinin mərkəzindəyerləşən Nüseyrət qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində“Əl-Qüds Briqadaları” ekstrimist qruplaşmasının komandiri Əhrafəl-Xatib öldürülüb.

Trend bu barədəİsrail mediasına istinadən xəbər verir.

Məlumata görə, zərbədə Xatiblərin qaldığı ev hədəfə alınıb. O vəonun həyat yoldaşı həlak olub, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail müdafiə qüvvələrinin (IDF)HƏMASın silhalı qanadının komandiri Məhəmməd Əl HəvlininDeyr-əl-Bələ rayonunda qaldığı evində hava zərbəsi iləzərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.

HƏMAS-ın rəsmi nümayəndəsi Osama Həmdan hərbi qanad komandiriHəvlinin öldürüldüyünü təsdiqləmişdi.

Məqalədə:
Seçilən
127
az.trend.az

1Mənbələr