İngiltərə mətbuatında ''Beşiktaş''lı Temmi Abraham ilə bağlı sürpriz transfer xəbəri yayılıb.
''Deyli Meyl'' nəşri ''Aston Villa''nın təcrübəli forvarda ciddi maraq göstərdiyi barədə xəbər dərc edib.
''Çelsi''nin yetirməsi olan Abraham ''Aston Villa''nı gözəl tanıyır. O, 2018/19-da bu klubda 40 oyuna 26 qol vuraraq birmingemlilərin premyer-liqaya qayıtmasında mühüm rol oynamış və fanatların qəlbində iz buraxmışdı. Xəbərdə 28 yaşlı futbolçunun Türkiyədə və ''Beşiktaş''da xoşbəxt olduğu qeyd olunsa da, onun vətəninə və yaxşı tanıdığı bir kluba qayıtmaq fikrinin də ciddi olduğu vurğulanılıb. ''Maliyyə feyr-pleyi''i üzündən bu transfer dönəmində ''Villa''nın əli-qolu bir qədər bağlıdı. Amma klub Abrahamı daimi əsasda transfer edə biləcəyini düşünür.
Nəzərə alaq ki, Donyel Malenin ''Roma''ya yollanması ilə ''Aston Villa''nın hücum xətti zəifləyib. Üstəlik Leon Beylinin də ayrılmaq ehtimalı var. Bu mövsüm 24 rəsmi oyunda aktivinə 12 qol, 3 məhsuldar ötürmə yazan Abraham ''Beşiktaş''a 15 milyon avroya başa gəlib.
''Ağ-qaralar''ın bu futbolçuya görə ən azı 30 milyon avro tələb edəcəyi bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta