AZ

"Tramp" gəmisinin xərci açıqlanıb

Bu barədə ABŞ-nin "Bloomberg" xəbər agentliyi Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadənməlumatyayıb. Bildirilib ki, gəminin tikinti xərcinin yekun məbləği onun həcmindən, ekipaj üzvlərinin sayından və döyüş texnikasından asılıdır:

"Minimum xərc 15,1 milyard dollarda qərarlaşdırılıb, amma vəsaitin 22 milyard dollara yüksəlməsi mümkündür".

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus ən bahalı (13 milyard dollar) gəmi 2017-ci ildə istismara verilən"Gerald R. Ford"təyyarədaşıyan gəmisidir. Həcm baxımından ən böyük hərbi gəmilər isə 48 min ton su tutumuna malik"Ayova" sinifiidi. Hərçənd həmin sinif 1990-cı illərdə istismardan çıxarılıb.
Vaşinqton dünyada ən güclü hərbi gəmilər hazırlayacaq

Dekabrın 23-də Prezidenti Donald Tramp "Mar-a-Laqo" iqamətgahında keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri"Tramp sinifi"adı altında yeni növ hərbi gəmilərin istehsalına başlayacaq:

"İlkin mərhələdə iki hərbi gəminin inşası planlaşdırılır. Bu gəmilər indiyədək hazırlanmış istənilən gəmidən daha böyük, daha sürətli və yüz dəfə daha güclü olacaq. Onlar ABŞ-nin dənizdə üstünlüyünü artırmaq məqsədilə qurulan "Qızıl Donanma"nın əsasını təşkil edəcək".

Firudin Həmidli
AzVision.az
Seçilən
55
1
azvision.az

2Mənbələr