AZ

ABŞ və Meksika narkokartellərə qarşı birgə mübarizəyə dair razılığa gəldi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ və Meksika narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəni gücləndirmək barədə razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot bu barədə özünün sosial şəbəkə hesabında yazıb:

"Dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə danışıqlar apardı. Hər ikisinin mövqeyi çox aydın idi: Ortaq təhdidlər daha qətiyyətli əməkdaşlıq və nəticələr tələb edir. Narko-terror şəbəkələrinin aşkarlanması və ortaq sərhədimizdən fentanil, digər narkotik maddələr və silahlarla bağlı qaçaqmalçılığın əhəmiyyətli dərəcədə azaldılması təcili və konkret tədbirləri zəruri edən vəzifədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
oxu.az

1Mənbələr