
“İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməsin?!”
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda bütün infrastruktur yaradılıb və yollar yüksək səviyyədədir:
“Siz Qərb ölkələrini görsəniz... Fransada yaşayan gəlib İsveçrədə işləyir. Nəyə görə? Çünki iş yerləri açılıb, imkanlar verilib və s. Niyə görə onlar bunu edirlər, bizimkilər edə bilmirlər? Niyə hər dəfə nəyisə tapıb nöqsan kimi göstərmək istəyirlər?”