AZ

“Qərbi Azərbaycan sənəd və mənbələrdə”: Kitab təqdim edildi - FOTOLAR

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu (MİMTA Fondu) layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib. 

“Əzəli yurd” layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının müəllifi Əfqan Vəliyevdir.

“Cebheinfo.az” xəbər verir ki, o, təqdimat mərasimindəki çıxışında deyib: 

“Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur. Azərbaycan üçün təkcə coğrafi məkan deyil, ideoloji, milli kimliyimizin, əcdadlarımızın formalaşdığı məkandır. Sosial Tətqiqatlar Mərkəzinin ictimai sorğuları göstərir ki, Qərbi azərbaycanlıların 98.8%-i öz əzəli ata-baba yurduna qayıtmaq istəyir. 18-25, 25-35 yaş kateqoriyasının 92.1 %-i Qərbi Azərbaycana qayıtmaq istəyir. Qərbi Azərbaycanın folkloru, milli şüuru, mədəniyyəti daim insanların yaddaşlarında yaşayır.

Qərbi Azərbaycan İcmasının bu yanaşmasının uğurlu olduğunu görürük. Belə uğurlu fəaliyyət üçün Qərbi Azərbaycan İcmasına təşəkkür edirəm. Qərbi Azərbaycan bizim üçün ümummilli məsələdir. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, Qərbi Azərbaycana öz minik avtomobilimiz ilə qayıtmaq bizim ən təbii hüququmuzdur”.  

“Qərbi Azərbaycan bizim üçün torpaq yox, vətəndir”.  Bu sözləri isə Bakı Avrasiya Universitetinin Azarbaycan va dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova təqdimat mərasimində çıxışı zamanı bildirib. 

“Biz mədəni, sülh yolu ilə qayıdışdan bəhs edirik, müharibə itkilərə, qanlı hadisələrə səbəb olur. Ancaq bəzən müharibə qaçılmaz olur. Qərbi Azərbaycan soydaşlarımızın xatirələrinin, milli-mədəni irsimizin yaşadığı məkandır. İrəvan, Dərələyəz, Basarkeçər və başqa rayonlarımız bizim milli irsimizi özündə daşıyır. 

Ermənistan Respublikasının rəsmi ensklopediyasına istinadən İrəvan şəhərinin 1507-ci ildə Şah İsmayıl Xətainin vəziri Kənan xan tərəfindən tikdirildiyi yazılır. 1390-cı ildən 1820-ci ilə qədər burada məhz azərbaycanlılar yaşayıb. Bizim də hər birimizin ziyalı olaraq borcumuz bu məsələləri gələcək nəsillərə gerçəkliyi ilə ötürməkdir”. 

Seçilən
136
cebheinfo.az

1Mənbələr