AZ

Avropa İttifaqından İrana yeni sanksiyalar

"Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər". 

“Cebheinfo.az”-ın məlumatına görə, “Politico” nəşri iki avropalı diplomata istinadən belə yazır. 

Qeyd edilir ki, təklif olunan siyahıya insan hüquqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan başqa, Avropa Xarici Fəaliyyət Xidməti sanksiya siyahısına dron istehsalı ilə bağlı 10 maddənin daxil edilməsini təklif edir.

“Politico” qəzeti Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox Almaniya, Fransa və Niderlandın dəstəklədiyini açıqlayıb. Lakin “Euractiv” portalının məlumatına görə, Roma, Paris və Madridin müqaviməti ilə əlaqədar Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək niyyətində deyil.

Seçilən
138
cebheinfo.az

1Mənbələr