AZ

Simonyan Hakan Fidana təşəkkür edib

“Ermənistan ictimaiyyətinin əksəriyyətinin sülhə, ticarətə doğru irəliləmək və bu ticarəti TRIPP çərçivəsində inkişaf etdirmək çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər naziri Hakan Fidana və bütün regional tərəfdaşlara minnətdarlığımı bildirirəm”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın Baş naziri Nikol Paşinyanın qəbul etdiyi rolu dəstəklədiyinə dair açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fidanın açıqlaması Ermənistanın daxili işlərinə qarışmaq istəyinə işarə deyil.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr