AZ

KL: "Samsunspor"un pley-off mərhələsindəki rəqibi bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının 1/8 finalına gedən yolda pley-off mərhələsi üçün cütlüklər müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, püşkatma saat 16:00-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq.

Türkiyə təmsilçilərindən "Samsunspor" liqa mərhələsini 12-ci pillədə başa vuraraq pley-off mərhələsinin püşkatmasında yer almaq hüququ qazanıb. Qaydalara əsasən, liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə əldə edirlər. Turnir cədvəlində 9–24-cü yerlər arasında qərarlaşan kollektivlər isə 1/8 finala yüksəlmək üçün pley-off mərhələsində mübarizə aparacaqlar.

Qeyd edək ki, 1/8 final mərhələsinin pley-off oyunları 19 və 26 fevral tarixlərində keçiriləcək.

Afrika Millətlər Kuboku: Mərakeş yığmasından rekord

Afrika Kubokunda qapıçı oyun zamanı huşunu itirdi

Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı

Konfrans Liqası: 1/8 final və pley-offa yüksələnlər

“Finalissima”nın vaxtı bəlli olub

Seçilən
106
1
apasport.az

3Mənbələr