AZ

İki aviaşirkət fəaliyyətini DAYANDIRDI

Ajans.az Turprom-a istinadən xəbər verir ki,İki aviaşirkətin fəaliyyətinin dayandırılması minlərlə sərnişinin uçuşların ləğvi və pul itkisi ilə üzləşməsinə səbəb olub. Xüsusilə Filippində vəziyyət daha ciddi qiymətləndirilir – biletlərin mart ayına qədər ləğv edildiyi bildirilir. Mütəxəssislər Cənub-Şərqi Asiyada səyahət planlarının pozulması ilə bağlı sərnişinləri xəbərdar edirlər. Filippinli Royal Air Philippines 4 yanvarda böyük borclar səbəbindən uçuşları tamamilə dayandırıb. Təxminən 4000 sərnişin uçmaq imkanı olmadan qalıb. Biletlərin geri qaytarılması isə hazırda şübhə altındadır. Şirkət Çin, Cənubi Koreya və Tayvana genişmiqyaslı uçuşlar həyata keçirib. Hindistanın Dove Airlines isə 2015-ci ildən davam edən maliyyə problemləri nəticəsində könüllü ləğv elan edib. Son təyyarələr kreditorlar tərəfindən müsadirə edildikdən sonra investorların tapılması cəhdləri uğursuz olub və Hindistanın Milli Korporativ Məhkəməsi şirkətin son bağlanma proseduruna başlayıb.

 

Seçilən
94
Ajans.az

1Mənbələr