AZ

İddia: Direktor müavini müəllimələrin adına kredit götürüb qaytarmır...

2 saylı Xırdalan şəhər tam orta məktəbinin direktor müavini Səadət Həsənovanın məktəbdə çalışan müəllimlərin adına kredit götürdüyü və ödənişləri yerinə yetirmədiyi iddia olunur...

Bildirilir ki, o, kreditləri özü ödəyəcəyini desə də, sonradan borclar müəllimlərin adına qalıb. İddialara görə, bəzi müəllimlərdən isə faizə pul götürərək ona vermələri tələb edilib.

Bizimesr.az-a daxil olan məlumatlarda qeyd olunur ki, S.Həsənova artıq bir neçə müəllimi bu vəziyyətə salıb. Məlumat verən şəxslərin sözlərinə görə, etiraz edən müəllimlər işdən çıxarılmaqla hədələnib.

Məsələni dəqiqləşdirmək üçün Bizimesr.az direktor müavini Səadət Həsənova ilə əlaqə saxlayıb. O, yayılan iddiaları təkzib edərək bildirib ki, heç kimin adına kredit götürməyib və deyilənlər həqiqətə uyğun deyil.

Qeyd edək ki, Xırdalan şəhər 2 saylı tam orta məktəbi daha əvvəl də müxtəlif qalmaqallarla gündəmə gəlib. Məktəbin direktoru Gülnaz Kərimovadır. Kiçik media araşdırması zamanı bəlli olub ki, digər media orqanlarında da Səadət Həsənova ilə bağlı oxşar iddialar yer alıb. Belə ki, vətəndaşlardan biri ona 9 min manat pul verdiyini, lakin həmin vəsaitin geri qaytarılmadığını iddia edib.

Ortaya çıxan faktların araşdırılması Elm və Təhsil Nazirliyinin, konkret olaraq nazir Emin Əmrullayevin səlahiyyətinə aiddir. Bir təhsil işçisinin adının belə bir biabırçı məsələdə hallanması araşdırılmalıdır, faktlar ortaya çıxarılmalıdır. Nə qədər qəribə görünsə də, direktor müavini məlumatları təkziob etsə də, fakt budur ki, diğır media subyeklərində də onun adı borc, kredit kimi faktlarla hallanır.

Poliqon.info

Seçilən
83
1
poliqon.info

2Mənbələr