Tarixi xatırlamağa davam edirik.
Bu gün isə 16 yanvarda Azərbaycan və dünyada baş verən hadisələrə nəzər salacağıq. Həmçinin, bu gün doğulanları və dünyasını dəyişənləri yad edəcəyik.
Hit.az 16 yanvarda tarixdə baş verənləri təqdim edir:
Hər zaman olduğu kimi, ölkəmizlə başlayırıq. 1992-ci ilin bu günü İsveç və Suriya Azərbaycanın müstəqilliyini tanıdığını elan edib. 2001-ci ilin eyni günündə isə İsrafil Aşurlı doğum günündə Afrikanın ən yüksək dağı olan Kilimancaroya çıxan ilk azərbaycanlı kimi adını tarixə yazdırıb. Dünyada isə 16 yanvarda ən yadda qalan hadisə 1979-cu ildə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ailəsi ilə birlikdə İrandan qaçması olub. Maraq üçün onu da əlavə edək ki, 16 yanvar Myanmar və Tailanda Müəllim Günü kimi qeyd olunur.
16 yanvarda doğulanlar:
1969-cu ildə alpinist İsrafil Aşurlı, 1931-ci ildə Almaniyanın keçmiş prezidenti Yohannes Rau, 1980-cı ildə malili keçmiş futbolçu Seydu Keyta, 1982-ci ildə türkiyəli sabiq futbolçu Tuncay Şanlı, 1986-cı ildə argentina cüdoçu Paula Pareto və 1996-cı ildə Cənubi koreyalı müğənni Cenni dünyaya gəlib.
16 yanvarda vəfat edənlər:
1595-ci ildə Osmanlı sultanı III Murad, 1942-ci ildə amerikalı aktrisa Kerol Lombard, 1995-ci ildə qazaxıstanlı türkoloq Smet Kenesbayev, 2013-cü ildə rusiyalı qanuni oğru Aslan Usoyan, 2023-cü ildə isə italiyalı aktrisa Cina Lollobricida vəfat edib.
Pərviz