AZ

“Everything's 13” təşkilatının üzvü Hindistanda siqhlərə qarşı zorakılıqları açıqlayıb

Bakı, 16 yanvar, AZƏRTAC

Hindistan dövlətinə qarşı ilk təşkilatlanmış siqh etirazları 1950-ci illərdə başladı. Siqhlər Pəncab Subanın dil əsaslı tanınmasını tələb edirdilər. Bu hüquq Hindistanın digər bütün ştatlarına verilmişdi. Onların hərəkətləri sülhsevər, demokratik və konstitusiyaya uyğun idi. Buna baxmayaraq, siqhlər həbs edildi, döyüldü və öldürüldü. Bu, siqhlərlə Hindistan dövləti arasındakı münasibətlərin başlanğıcı oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Everything's 13” təşkilatının üzvü Ranvir Siqh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Ranvir Siqhin sözlərinə görə, o dövrdə 60 mindən çox siqh dinc etiraz etdiyi üçün həbs olunmuşdu.

Seçilən
172
azertag.az

1Mənbələr