AZ

Onur Çinə yollanacaq

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Fanat.Az xəbər verir ki, millinin üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Seçilən
121
8
fanat.az

10Mənbələr