Laçın, 16 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbdə “Oxu saatı” təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin kitabxanasında ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə “Oxu saatı” keçirilib.
Tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, oxu mədəniyyətinin inkişaf etdirilməsi və bədii ədəbiyyata marağın artırılması olub.
Qeyd edək ki, Zabux kənd tam orta məkətbində 102 şagird təhsil alır və onların təlim-tədrisi üçün 18 müəllim çalışır.