AZ

"Qarabağ" Xorvatiya komandasını inamla yendi

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" növbəti sınaq matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiya "Osiyek"i ilə qarşılaşıb.

Oyun "köhlənlər"in 3:1 hesablı qələbəsi ilə bitib. "Qarabağ"ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

"Qarabağ" bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib.

Seçilən
18
7
fanat.az

10Mənbələr