AZ

Qırğızıstan nümayəndə heyəti Bakı 6 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub



Bakıda səfərdə olan Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakı 6 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə yerində tanış olub.

Newscenter.az xəbər verir ki, görüşdə Qırğızıstan nümayəndə heyətinin üzvləri Zarina Qosaliyeva və Nuraim İslamova, Bakı 6 saylı mediasiya təşkilatının direktoru Tural Şahbazov və Fərid İmanov, mediatorlar Elçin Həsənov, Səidə Nağıyeva və Bəxtiyar Atakişiyev iştirak edib.

Təşkilatın direktoru Tural Şahbazov qonaqları təşkilatın mediasiya sahəsində gördüyü işlər, fəaliyyət istiqamətləri, mediasiya prosesləri və tətbiq olunan praktiki mexanizmlər barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində tərəflər arasında mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu, bu sahədə institusional təcrübə, ictimai maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, mediasiya təcrübəsinin müxtəlif ölkələrdə tətbiqi, hüquqi mühitin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında konstruktiv və işgüzar şəraitdə keçib.

Süleyman
Seçilən
37
2
newscenter.az

3Mənbələr