AZ

Belarusda kriptobanklar qanuniləşdi – Lukaşenko fərman imzaladı

Belarusda kriptobanklar qanuniləşdi – Lukaşenko fərman imzaladı

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə kriptobankların fəaliyyətinin leqallaşdırılması barədə fərman imzalayıb.

Sənədə əsasən, bazara daxil olmaq istəyən kriptobank mütləq Yüksək Texnologiyalar Parkının rezidenti statusuna malik olmalıdır. Bundan əlavə, həmin maliyyə qurumu Belarus Milli Bankının kriptobanklar reyestrinə daxil edilməlidir. Bu addım ölkədə rəqəmsal maliyyə aktivlərinin tənzimlənməsi istiqamətində atılmış mühüm addım hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr