
Nərimanov Rayon Polis İdarəsinin ulusum.az-a verdiyi məlumata görə 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.Keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş, 35 yaşlı şəxs saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 5 kiloqram 700 qram marixuana aşkarlanaraq götürülüb.Faktla bağlı araşdırma aparılır, saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.

R.Daşdəmirova
Diqqət Çəkənlər
Azərbaycan Nəşriyyatı istismarını dayandırır
20 Yanvar faciəsinin 36-cı ildönümünə hazırlıq gedir
Niyaməddin Musayev: “Məmməd Arazın sözlərini dəyişmək ayıbdır”