Türkiyənin Cümhuriyyət Xalq Partiyasının hazırda həbsdə olan üzvü, İstanbul Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu ilə bağlı yeni iddialar rezonans doğurub.
Türkiyədə bir müddətdir məşhurlara qarşı keçirilən narkotik əməliyyatları çərçivəsində tanınmış voleybolçu Dərya Çayırgan da saxlanılıb.
Çayırganın həmçinin İmamoğlunun sevgilisi olduğu, bələdiyyə sədrinin həyat yoldaşının da bu barədə məlumatının olduğu iddia edilib.
Məlumata görə, Çayırgan istintaq çərçivəsində verdiyi ifadədə İmamoğlu ilə yaxın əlaqələri, narkotik satışının detalları və qazanılan pulun transfer prosesi ilə bağlı hər şeyi etiraf edib.
Saxlanılanlardan Rabia Karaca adlı bir şəxs də Dərya Çayırganın İmamoğlu ilə münasibətinin olduğunu, görüşdüklərini və voleybolçunun sadəcə onun tapşırıqlarını yerinə yetirdiyini deyib.
//globalinfo.az