AZ

Ən çox kitab oxuyan məmur mükafat alacaq

Özbəkistanda ən çox kitab oxuyan dövlət qulluqçularına maaşları məbləğində əlavə mükafat veriləcək.

“Yeni Sabah” “One.uz”a istinadən bildirir ki, ölkə hökuməti yeni dövlət proqramı qəbul edib.

Proqrama əsasən, bütün dövlət qurumlarında 1 aprel tarixinədək “kitab guşələri” yaradılmalı, həmçinin məcburi aylıq “oxu saatları” tətbiq olunmalıdır. Bundan əlavə, əməkdaşların oxu fəallığına görə qiymətləndiriləcəyi daxili reytinq sistemi fəaliyyətə başlayacaq.

Təşviqlər şagirdlər və tələbələr üçün də nəzərdə tutulub. Oxuduqları kitabların sayına görə ilk 100-lüyə daxil olan iştirakçılar 10,3 milyon suma qədər (təxminən 1470 manat) mükafat ala biləcəklər.

 


Telegram kanalımız
Seçilən
157
2
yenisabah.az

3Mənbələr