AZ

Bu ölkə dizə qədər borca batıb: İndi də qaytara bilmir

Avropa şirkətləri Ukrayna şirkətlərindən borcları yığmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti məlumat yayıb.

Bildirilir ki, Ukrayna şirkətlərinin milyardlarla istiqraz öhdəliyi var. İndiyə qədər kreditorlar müharibə şəraitində şirkətlərin likvidliyini qorumaq üçün ödəniş müddətlərinin təxirə salınması və uzadılması barədə razılığa gəliblər. Lakin indi vəziyyət dəyişir.

Nəşr iddia edir ki, kreditorlar indiyə qədər səxavətli olublar, amma bu, tezliklə dəyişə bilər.

Başqa bir iddiaya görə, Ukrayna müəssisələri faktiki olaraq borclarını ödəyə bilmirlər. Şirkətlər təxminən üç milyard avro borc ödəmələri ilə üzləşiblər. Onlar çətin vəziyyətdədirlər və faiz ödənişlərini təxirə salmaqla, kreditləri uzatmaqla yükü azaltmağa çalışırlar.

Seçilən
148
publika.az

1Mənbələr