Azərbaycan İnvestisiya Holdinqində (AİH) Vyetnamın aparıcı elektrik nəqliyyat vasitələri istehsalçısı olan “VinFast” şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AİH-in məlumatına görə, görüş zamanı əməkdaşlıq perspektivləri, elektrik nəqliyyat vasitələrinin istehsalı sahəsində birgə fəaliyyət imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.