AZ

Tarixi yaddaşı qoruyan Kokkaynar kəndi: 1937-ci il repressiyalarının izləri və azərbaycanlı ailələrin taleyi

Kokkaynar (Almatı vilayəti), 16 yanvar, AZƏRTAC

Qazaxıstanın Almatı vilayətinin İli rayonunda yerləşən Kokkaynar kəndi tarixi yaddaşı qoruyan ünvanlardan biridir. Burada yaşayan azərbaycanlıların kökləri tariximizin ən ağrılı səhifələrindən birinə - 1937-ci ilin repressiya və sürgünlərinə gedib çıxır. Həmin illərdə doğma yurdlarından qoparılaraq bu torpaqlara gətirilən azərbaycanlıların nəsli zamanla kəndin sosial-mədəni həyatında özünəməxsus yer tutub.

Sonrakı dövrlərdə Kokkaynar kəndinə digər azərbaycanlılarla yanaşı, müxtəlif etnik qrupların nümayəndələri də köçüb. Bu isə kəndin həyatını daha da rəngarəng edib, birgəyaşayış mühitinin formalaşmasına və icmanın möhkəmlənməsinə şərait yaradıb.

Bu gün Kokkaynarda yaşayan azərbaycanlılar milli adət-ənənələrini və mərasimlərini qoruyub saxlayır, tarixi yaddaşa böyük ehtiramla yanaşır, mədəni irsi gələcək nəsillərə ötürürlər.

Kokkaynar kəndinin azərbaycanlılarının tarixi və bugünkü həyatı barədə daha ətraflı AZƏRTAC-ın hazırladığı videomaterialda tanış ola bilərsiniz.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
77
1
azertag.az

2Mənbələr